Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Piylənməni sürətləndirən yeni mikroblar AŞKAR EDİLİB

  • 2018.04.16 12:31
  • 13455 Baxış
Piylənməni sürətləndirən yeni mikroblar  AŞKAR EDİLİB
Alimlər insan bağırsağında yağlı Qərb yeməklərindən qidalanan xüsusi mikroblar aşkar ediblər. Həmin mikroblar yeməyin həzm olunması zamanı yağın sorulmasına yardım göstərir və piylənməni sürətləndirir.


Məqalədə qeyd olunur ki, alimlər Qərb rasionunun Alsheymer xəstəliyinin inkişafını sürətləndirdiyini müəyyən ediblər. ABŞ-ın Çikaqo Universitetinin əməkdaşı Yucin Çanq deyib:

 

"Həmin bakteriyalar bağırsağın daha rahat şəkildə yağları canına çəkməsinə gətirib çıxaran proseslər zəncirində ən mühüm həlqələrdəndir. Nazik bağırsağın mikroflorasını öyrənənlər az olmayıb, ancaq ilk dəfə biz bu bakteriyaların yağların həzm olunması və sorulmasını idarə etdiyini, həmçinin kökəlmənin və ürək xəstəliklərinin inkişafında mühüm rol oynadığını göstərmişik”.


Son illərdə alimlər kalorinin və yağlı qidaların yüksək miqdarı ilə səciyyələnən Qərb qida rasionunun bir sıra zərərli cəhətlərini aşkara çıxarıblar. Məsələn, bir il əvvəl onlar müəyyən ediblər ki, yağlı qida Alsheymer xəstəliyinin inkişafına təsir göstərir və beynin işini elə dəyişir ki, daha çox yemək həvəsi yaranır. İki il əvvəl isə fastfudun hətta bir az əvvəl yeyilən qidanı unutdurduğu da aydınlaşdırılıb.  


Digər tərəfdən, alimlər əvvəllər Qərb rasionunun sürətlə çəki yığılmasına və fastfuddan imtina edəndən sonra da onu itirməməyə məhkum etməsinin səbəblərini tapmaqda çətinliklə üzləşirdilər.


Bağırsağın mikroflorası ilə yağlı qidanın həzm olunması arasında əlaqəni kəşf edən alimlər  yağları soran və parçalayan mikrobları tapmağa cəhd göstəriblər. Məlum olub ki, bunun səbəbi Clostridiaceae fəsiləsindən olan mikroblardır. Alimlər həmin bakteriyaların araşdırılmasının onların mikroflorada yayılmasını əngəlləməyə və orqanizmi piylənmədən qorumağa imkan verəcəyini düşünürlər.(azərtac)