Bir çox insanlar sağlamlıq üçün gündə bir neçə km piyada gəzir, qaçış edir, amma bundan sonra ürəklərinin, döş qəfəsinin ağrıdığını bildirir.
Bu adətən yaşlı insanlarda baş verir.
"Medicina" xəbər verir ki, kardioloq Martin Skarr bu sindromla bağlı maraqlı klinik fakt barədə danışıb.
79 yaşlı pasiyent bir neçə metr gəzdikdən sonra dayanmağa məcbur olurdu, çünki döş qəfəsində yanma hissi başlayırdı. Amma velosiped sürəndə bu hiss olmurdu.
Həkim bildirir ki,əgər belə simptom varsa bu stenokardiyanın göstəricisidir.
Amma niyə velosiped sürəndə bu olmur çox maraqlı idi.
O zaman mən xəstənin ürəyinin EKQ-ni qaçış zamanı çəkdim. Testlər göstərdi ki, ürəyin aktivliyi məşqlər zamanı düşür, gəzmə zamanı isə stenokardiya olur.
Məlum oldu ki, gəzərkən çəkinin təsirindən ürəkdə aktivlik artır. Trenajor, velesiped isə bu təsiri azaldır. Ona görə velosiped ürəyi stenokardiyaya qədər çatdırmır.
İstənilən fiziki aktivlikdən öncə mütləq ürəyi yüklənmə ilə EKQ etmək lazımdır. Çünki sağlamlıq üçün 10 min addım gəzib, əvəzinə ürəyinizi çökdürə bilərsiz.
Aygün Musayeva