Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pivənin sümüklərə faydası sübut olundu

  • 2023.06.24 21:15
  • 3009 Baxış
Pivənin sümüklərə faydası    sübut olundu
Pivə tərkibindəki spirtə baxmayaraq, bəzi məqamlarda sağlamlığımız üçün faydalı ola bilər.


“Medicina” xəbər verir ki, Amerikalı mütəxəssislər müəyyən ediblər ki, pivə sümüklərimizə müsbət təsir göstərir.


Fermentləşdirilmiş içkilər öz növbəsində sümük sağlamlığı üçün əsas tərkib hissəsi hesab edilən pəhriz silikonunun mənbəyidir. Kaliforniya Universitetinin alimləri 100-dən çox pivəni sınaqdan keçiriblər və aşkar ediblər ki, onların hamısı sümüklərin qorunması üçün profilaktik ola bilər.


Düzgün yanaşma, pivə alkoqolizmi kimi ciddi bir xəstəliyin inkişafına və güclənməsinə imkan verməyən, ciddi şəkildə ölçülən limitlərdə pivə içməkdir.

Həmçinin sümük sağlamlığı üçün hər gün üç litr pivə içmək lazım deyil, bir litrdə orta hesabla 20 milliqram pəhriz silikonu var ki, bu da bütün həftə üçün kifayətdir.

Tədqiqatın rəhbəri Çarli Bamfortun sözlərinə görə, bəyəndiyiniz pivəni seçib, az içmək lazımdır.

Pivənin tərkibində pəhriz silikonu ilə zəngin olan çoxlu miqdarda səmənili arpa və mayaotu var. Buğda arpa ilə müqayisədə daha az silikon ehtiva edir, çünki onun əsas ehtiyatları qabıqda olur.


Günay Quluzadə