Pivədə çoxlu B vitaminləri var: kalsium, maqnezium, fol turşusu və s. Bu vitaminlər qadın sağlamlığı və gözəlliyi
“Medicina” xəbər verir ki, pivə tərkibli çoxlu kosmetik reseptlər var. Bunun üçün sadəcə mağazadan pivə almaq kifayət edir.
Xaricə istifadə üçün pivəli reseptlər:
• pivə və yumurta sarısını qarışdırmaq;
• alınmış kütləni üzə çəkin;
• 20 dəqiqə sonra ilıq su ilə yuyun
Bu maska dərini hamar, elastik edir və qan dövranını bərpa edir.
Pivə bahalı balzamları və saç kondisionerlərini əvəz edir.
Saçların müntəzəm olaraq pivə ilə yuyulması onların strukturunu yaxşılaşdırır, parlaqlıq verir və kəpəkdən xilas edir.
Daxilə istifadə üçün pivənin faydaları tərkibindən və dozasından asılıdır. Pivənin tərkibində spirt olduğu üçün onu tez-tez içmək zərərlidir.
Pivənin qadın orqanizminə faydası:
• Pivənin tərkibində kövrək dırnaq və saçlardan, sızanaqlardan qurtulmağa kömək edən faydalı vitamin və minerallar var.
• Pivə mayasının tərkibində beş amin turşusu var - arginin, histidin, lizin, triptofan və tirozin. Onlar mədə və bağırsaqların işini yaxşılaşdırır və bədəni zərərsizləşdirməyə kömək edir.
• Pivə süd və ya alma şirəsindən daha az kalorili olduğu üçün kökəlməkdən qorxmadan içə bilərsiniz. Çəki artımına yüksək kalorili pivə qəlyanaltıları təsir edir.
• Pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır.
Qadınlar gün ərzində bir stəkan içə bilərlər.
Aygün Musayeva