Seksoloqlar pivənin kişilərdə intim həyata və münasibətə təsiri barədə açıqlama verib.
“Medicina” xəbər verir ki, Amerikan ailə seksoloqu, doktor Ket Van Kirkin kitabında pivənin yataqda kişilərə necə dəstək olması barədə maraqlı araşdırma yer alıb.
Müəllif bildirir ki, bu alkoqollu içki yumurta toxumu hasilatını artırır və onu toxum kisəsində aktiv saxlamağa kömək edir.
Bu pivədə olan təbii fitoestrogenlərin sayəsində baş verir.
Tünd pivə afrodiziak təsirlidir və dəmir tərkibi ilə zəngin olduğu üçün qan dövranını artırır, libidonu yüksəldir.
Digər elmi araşdırma pivə içilməsinin kişilərdə seksual davamlılığı və dözümlüyü artırdığını sübut edib.
Pivədən normada və ağıllı istifadə ürəyi və orqanizmi daha möhkəm edir.
Antropoloq Aske Lassen bu qənaətə gəlib ki, pivə və bilyard kişilərə erkən qocalma ilə mübarizə aparmağa yardım edir.
O, hesab edir ki, kişilər təqaüd yaşında belə bilyard oynayıb, fasilədə digər oyunçuları izləyə-izləyə pivə içsələr əhvalları, sağlamlıqları müsbət yönümdə dəyişər.
Pivənin libidoya təsirindən ilhamlanaraq, Şotlandiya şirkəsi İnnis-Gunn yeni “Yaşılın 50 çaları” adlı pivə növü hazırlayıb. Onun tərkibində olan ginko-bloba və jenşen stimullaşdırıcı təsir edir.
Aygün Musayeva