Xroniki pankreatit - mədəaltı vəzinin iltihabının yaranması üşün iki il ərzində hər gün iki və ya üç dəfə spirt, bir neçə stəkan şərab və ya bir şüşə pivə içmək kifayətdir.
Əgər müntəzəm istifadənin müddəti on ildən çox olarsa, bu, daha kritik dəyişiklikləri təhdid edir.
“Medicina” xəbər verir ki, qastroenteroloq, hepatoloq Sergey Vyalov xüsusən kişiləri xəbərdar edib.
“Mədəaltı vəzi xəstəlikləri yeməkdən bir-iki saat sonra özünü göstərə bilər. Bu, bel nahiyəsində ağrı kimi özünü göstərir. Göbək nahiyəsində hiss oluna bilir, arxaya doğru yayılır.
Üstəlik, ağrı oturma vəziyyətində zəifləyir və arxası üstə uzanırsa güclənir.
Əsas pankreas kanalının qəfil tıxanması halında (kəskin pankreatitdə baş verir) ağrı güclənir. Bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Bənzər uzunmüddətli və şiddətli ağrı mədəaltı vəzinin şişlərində də müşahidə olunur.
Kəskin iltihabla yanaşı, iştahda azalma (yeməkdən iyrənməyə qədər) və dözülməz ürəkbulanma olur.
Ona görə pivə içsəm, heç nə olmaz deyə düşünməyin.
Pankreatit müalicə olunmazsa, xərçəngə çevrilir”.
Aygün Musayeva