Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pivə kişilərdə şəkərli diabet əmələ gətirə bilər

  • 2022.09.20 14:26
  • 2287 Baxış
Pivə kişilərdə şəkərli diabet əmələ gətirə bilər

Pivə qanda qlükozanı qəfil yüksəldir.

"Medicina" xəbər verir ki, diyetoloq Yelena Solomatina şəkəri artıran içkilər içində pivəni qeyd edib.

Ən qəfil artım pivəni ac qarına içdikdə baş verir.

"Pivə yüksək qlikemik indeksə malikdir. Çox zaman kişilər preddiabet mərhələsində olduğunu bilmir və pivəni içərək, bu prosesi sürətləndirir.

Hətta gün ərzində 3-4 bokal pivə içən kişilərdə şəkər 200-ü keçə bilər.

Qanda şəkəri tənzimləmək üçün qidaya şirin olmayan, turş lifli qidalar daxil edin. Daha çox tərəvəz və səbzə şirəsi için".


Aygün Musayeva