Pivənin qadınlar üçün gözlənilməz faydası tapılıb.
"Medicina" xəbər verir ki, həkim diyetoloq Olqa Perevalova bu içkidə qadın orqanizmini sakitləşdirən maddə olduğunu bildirib.
"Pivə ağrılı predmenstrual sindromu yüngül keçirməyə kömək edə bilər.
Pivədə fitoestrogenlər olduğu üçün, o qadın hormonlarını balanslaşdırır. Menstruasiya ərəfəsi estrogenlər kəskin düşdüyü üçün qadınlar həmin dövrü yaxşı keçirmir.
Pivə isə vəziyyəti düzəldir. Amma qadınlar mütəmadi olaraq pivə içməməlidir, o çəki artımına, bağırsaq mikrofloranın pozulmasına səbəb olur.
Pivə alkoqolizmi qadınlar üçün təhlükəlidir.
Çox pivə içənlərdə göbələk florası inkişaf edir".
Aygün Musayeva