Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pivə alkoqolizminin müalicəsi daha çətindir – Psixiatr

  • 2023.05.02 19:52
  • 1780 Baxış
Pivə alkoqolizminin müalicəsi daha çətindir  – Psixiatr
Araq içmək zərərli vərdiş hesab olunsa da, pivə ondan da zərərlidir. Tərkibindəki qatqılar insanı asılı vəziyyətə daha tez salır.

“Medicina” xəbər verir ki, psixiatr Tatyana Klimenkonun sözlərinə görə, pivə alkoqolizmini müalicə etmək də çətindir. Çünki pivənin dadı və qoxusu psixoloji asılılığı gücləndirir.


“Psixoloji asılılıqdan əlavə, pivə bir sıra fizioloji təsirlərə də səbəb olur. Buna görə də pivə içməməyin 7 ciddi səbəbini sadalayıram:


1) Endokrin xəstəliklər: kişilərdə süd vəziləri şişir, qadınlarda səs kobudlaşır, tüklənmə yaranır.

2) Qaraciyərə toksik ziyan. Pivənin fermentasiyası zamanı zəhərli maddələrin miqdarı onların icazə verilən konsentrasiyası səviyyəsindən, məsələn, araqda olandan artıqdır.

3) Artan maye yükü səbəbindən damarların genişlənməsi.

4) Ürəyin ölçüsündə artım. Həkimlər buna "pivə ürəyi" deyirlər.

5) Ürək ritminin pozulması, ürək çatışmazlığı

6) Ayaqlarda zəiflik və baldır əzələlərində ağrı.

7) Quru dəri, xarici görünüşün tez yaşlaşması

Aygün Musayeva