Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pişiklər sahibinin xərçəng olduğunu öncədən hiss edir – Həkimləri şoka salan faktlar

  • 2018.05.09 15:39
  • 16666 Baxış
Pişiklər sahibinin xərçəng olduğunu öncədən hiss edir –  Həkimləri şoka salan faktlar
Britaniya mətbuatı ev pişiklərinin sahibəsinin xərçəng olmasını və ya olacağını aylar öncədən hiss etməsi barədə 2 fakt paylaşıb.


Medicina.az xəbər verir ki, Stefani Dudi adlı yaşlı qadın 3 sevimli pişiyinin birdən-birə ondan uzaq qaçdığını müşahidə edir. Pişiklər qadının qarnı üzərinə çıxaraq pəncələri ilə ora vururdular. Bir neçə ay sonra qadın sürətlə arıqlamağa başlayır. Həkimə gedən Stefanidə qarı boşluğunda nadir rast gəlinən şiş aşkarlanır. Pasiyent əməliyyat olunur, müalicə alır. Stefani pişiklərinin bunu əvvəlcədən hiss etdiklərini, xəbərdar etdiklərini bildirərərək, həyatı üçün pişiklərinə minnətdar olduğunu bildirib.


Pişiklərin şişi hansı mexanizmlə hiss etdiyini təxmin etmək mümkündür. Birincisi xərçəng zamanı bədən hərarəti dəyişir. Şiş olan nahiyə bədənin digər yerlərindən istiliyinə görə fərqlənir. Həmin hissəyə söykənən, başını qoyan pişik bu fərqi hiss edə bilir. 


Tibbdə məlumdur ki, çox itlər də xərçəng iybilmə qabiliyyətlərinə görə xərçəng təhlükəsini hiss edə bilir. Bədxassəli şiş zamanı insan bədəninin qoxusu dəyişir. 


İtlərin iybilmə qabiliyyəti insandan 10.000 dəfə  güclüdür. Pişiklərin burnu isə itlərdən daha zəifdir. Amma yenə də insandan daha güclüdür.  Amma alimlər pişiklərin üst çənəsində Yakobson adlı nazal orqan aşkarlayıblar. Ətraf qoxular pişiyin ağız suyunda həll olaraq bu orqana düşür. 


Bu orqan vasitəsilə alınan informasiya sinir yolları ilə beyinə gedir. Beyinin aldığı siqnallarla pişiklər həssas davranır və şiş olan insana qarşı davranışı dəyişir. Üstəlik pişiklər sahiblərinə daha bağlı olduğundan və onun bədən hərarətini, ayrı ayrı orqanlarının vəziyyətinə bələd olduğundan, təmas vasitəsilə hər hansı dəyişikliyi dərhal hiss edirlər.