Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pis tər qoxusunun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

  • 2019.11.02 10:45
  • 6547 Baxış
Pis tər qoxusunun   5 TƏHLÜKƏLİ SƏBƏBİ


Tər qoxusu ilə mübarizədə bir çox
vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy
gəlmədiyini bilirdinizmi?



Medicina.az
xəbər verir ki, alimlərin apardığı
araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük
əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi
vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil. 




 


Tərin 98-99%-ni
adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu
yoxdur.



Sağlam insanda pis tər qoxusunun əsas
səbəbləri bunlardır:



 


- gigiyena qaydalarına tam şəkildə riayət
etməmək



 


- sintetik, havanı buraxmayan paltar, corab



 


- çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış,
ədviyyatlı qidaları istehlak etmək



 


-Hamiləlik
zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi orqanimzdə gedən ciddi hormonal
dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.




 


 


Lakin bəzən pis tər qoxusunun səbəbi hər hansı
xəstəlik və ya pozulma da ola bilər.


Bu
pozulmalar arasında:



 


-
Böyrək xəstəlikləri



-
Qaraciyər xəstəlikləri



-
Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzi, qalxanvari vəzi xəstəlikləri,
şəkərli diabet)



-
Qadınlarda hormonal pozulmalar



- Həzm
sistemi xəstəlikləri



 


Əgər pis
tər qoxusu sizi çox narahat edirsə, bu qoxunu aradan qaldırmaq mümkün deyilsə,
mütləq həkimə müraciət edin


 

Pis tər qoxusunun   5 TƏHLÜKƏLİ SƏBƏBİ
Pis tər qoxusunun   5 TƏHLÜKƏLİ SƏBƏBİ