Stress, əsəb və depressiya ilk növbədə mədə-bağırsağa zərbə vurur. İnsan birdən-birə həzm problemləri ilə üz-üzə qalır: köp, qəbizlik, ishal, mədədə ağrı, göynəmə, qıcqırma.
Qana daha çox miqdarda toksin, şlak sıçrayır. Öd normal işləmir. Qarında sancılar, ağrılar başlayır.
Mədə turşuluğu ya yüksəlir, ya azalır, mədə şirəsinin tərkibi dəyişir.
Hətta ən dəhşətli stress və qorxular 1 ayın içində mədədə xora belə əmələ gətirə bilər.
Ona görə də mədə-bağırsaq problemlərində, hətta adi köpdə belə nevrotik halları, depressiya və stresi araşdırmalı, müalicə etməlisiz.
Bu zaman ciddi pəhrizə əməl etməlisiz.
Yeməyi az-az, xırda tikələlər, aramla yeməlisiz.
Mədə müalicəsi ilə yanaşı nevroloq və psixiatr müalicəsi almalısız.
Yalnız bu ikili yanaşmada siz həzm, bağırsaq problemlərini həll edə bilərsiz.