Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Piriformis sindromu – oturaq sinirin təzyiqi- Necə müalicə olunur?

  • 2023.05.02 15:22
  • 2734 Baxış
Piriformis sindromu – oturaq sinirin təzyiqi - Necə müalicə olunur?
Piriformis əzələsi, yançağın dərinliyində bant şəklində uzanan bir əzələdir.


Piriformis sindromu - oturaq sinirin piriformis əzələsi altında təzyiqə məruz qalmasıyla ortaya çıxan bel, oma və yançaq ağrısı, yançaq arxasına və ayağa yayılan uyuşma, gizilti əlamətləriylə baş verir.

“Medicina” xəbər verir ki, həkim – fizioterapevt Ramin Quliyevin sözlərinə görə, piriformis sindromu olan insanlarda oturarkən ağrı artır. Ağrı daha çox bel və omba nahiyəsindədir, yeriyərkən və ya ayağı ayağın üstünə atanda şiddətlənə bilir. Bəzən bu sindrom bel yırtığı ilə səhv salına bilər.

“Ayaq arxasında, ayaqlarda keyimə və gizildəmə, yeriyərkən çətinlik çəkmə kimi əlamətlər səbəbiylə bel yırtığı ilə qarışdırıla bilər.

Piriformis Sindromunun iki tipi var.

Birincisi- struktur olaraq piriformis əzələsinin qısa olmasından qaynaqlanar. Erkən dövrdə piriformis əzələsini uzadan və gərilməni aradan qaldıran məşğələlərlə problemi aradan qaldırmaq olar.

İkincisi- zədə və ya nahiyənin qan dövranının azalmasıyla əzələnin spazma girməsiylə meydana gəlir.

Piriformis əzələsində problemlə, yanlış aparılan məşqlər, ani və tərs hərəkətlər, uzunmüddət oturmaq (oturaraq işləmək, uzun müddətli səfərlər, velosiped) ya da həddindən artıq güc sərf etməkdən yarana bilər. Əzələ sıxılması oturaq siniri sıxışdıraraq, ağrı və keyləşməyə gətirib çıxarar”.

Həkim problemin müalicəsindən də danışıb.

Kəskin ağrı zamanı istirahət və piriformis əzələsində spazmı həll etməyə yönəlmiş müalicə tətbiq edilməlidir. Ödəm varsa soyuq qoyulur, müəyyən omba əzələlərini möhkəmləndirən məşqlər etdirilir.

Kəskin ağrılı dövr sonrası müalicə-bərpa üsulları istifadə edilməlidir. Toxuma sağalmasını təmin etmək və əzələ içi qan dövranını yaxşılaşdırmaq, lokal əzələ spazmını azaltmaq üçün dərin toxumalara lazer tətbiqləri, ultrasəs proqramlar, fonoforez istifadə edilə bilər .

Manual müalicə üsullarıyla piriformis sindromuna səbəb olan əzələnin və oynaq ətrafında qan dövranının artırılması həyata keçirilir.

Günay Quliyeva