Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Plova 2 qaşıq əlavə edin, yüksək qan şəkərindən xilas olun!

  • 2024.04.25 22:00
  • 1941 Baxış
Plova 2 qaşıq əlavə edin, yüksək qan şəkərindən xilas olun!
Bədənimizdəki balanssız qan şəkəri səviyyəsi adətən qidalanmamızla əlaqədardır. Pre-diabet xəstələri, insulin müqaviməti və qan şəkəri problemi olan bir çox insan bunun üçün həll yolu axtarır.

Qanımızda müəyyən miqdarda şəkərin olması həyatımız üçün vacibdir. Qan şəkərinin normadan yuxarı səviyyəsinə şəkərli diabet deyirik. Onun azalması isə özü ilə müxtəlif sağlamlıq problemləri gətirir.

Medicina.az xəbər verir ki, Dr. Erik Berq qan şəkərini balanslı saxlamağın asan yolunu açıqlayıb. Onun sözlərinə görə, qan şəkərinin səviyyəsini tarazlaşdırmaq üçün alma sirkəsi pəhrizə daxil edilməlidir.

Alma sirkəsi çox güclü anti-qlisemik təsir göstərir. Başqa sözlə, alma sirkəsi gün ərzində yediyiniz qidaların qlisemik indeksini asanlıqla aşağı sala və qan şəkərini balanslaşdıra bilər.

Erik Berq qeyd edir ki, düyü plovu normalda sağlamlığa faydalı deyil, ancaq ona alma sirkəsi əlavə etdikdə qlisemik indeksi 35 azalır.

“Düyünü düzgün hazırlasanız, onu qəbul etdikdən sonra qan şəkəri səviyyəsində mənfi əlamətlər yaşamazsınız. Eyni şəkildə, bişirdiyiniz kartofa sirkə əlavə etdikdə qlisemik indeksini 43 faiz azaltmış olursunuz. Sirkə qan şəkəri problemi olan insanlar üçün təbii dərman ola bilər. Hazırladığınız salatlara sirkə əlavə etməyiniz belə sağlamlığınıza müsbət təsir edəcək. Çünki, bu, qan şəkərinizi və insulininizi balanslaşdırmağa kömək edir”, - E.Berq vurğulayıb.

Həkimin sözlərinə görə, çox karbohidrat qəbul etmədiyi halda səhərlər qan şəkərinin yüksək olduğunu hiss edənlərdə “sübh fenomeni” deyilən hal yaşanır. Bu, qaraciyər şəkər əmələ gətirdiyi zaman inkişaf edən problemdir. Səhərlər qan şəkərini azaltmaq və tarazlaşdırmaq üçün atılmalı olan tək addım yatmazdan əvvəl iki yemək qaşığı alma sirkəsi içməkdir.
Ancaq birbaşa içmək təhlükəli ola bilər. Ona görə də təxminən 1 stəkan suya əlavə edib içmək lazımdır”.

Qeyd edək ki, mütəxəssislər qan şəkərinin artmasının qarşısını almaq üçün gündəlik rasiona lifli qidalar əlavə etməyi də məsləhət görürlər.


Aysel