Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pilləkənləri qalxdıqda büdrəmə – Səbəblər

  • 2023.05.18 13:05
  • 2268 Baxış
Pilləkənləri qalxdıqda büdrəmə   –  Səbəblər
Pilləkənləri qaxdıqda təngənəslik normal hal kimi qəbul edilə bilər. Lakin bu simptom ciddi sağlamlıq problemlərinin olduğuna da işarədir. Eyni zamanda tez-tez büdrəmə də nəzərdən qaçmamalıdır.


“Medicina” xəbər verir ki, osteopat Vladimr Jivotovun sözlərinə görə, ayaqlarınızın altına baxmadan pilləkənləri qalxanda, daim büdrəyirsinizsə, bu sağlamlıq problemini göstərən bir simptomdur.


“Bütün bunlar beyinə qan tədarükünün pisləşməsi ilə bağlıdır. Bu, beyinin tarazlıq orqanına, eləcə də beynin subkortikal bölgələrinə təsir edir. Normalda onların hamısı bir-biri ilə harmoniyada işləməlidir. Serebellum və tarazlıq mərkəzi tarazlığın qorunması funksiyalarını yerinə yetirir.

Beyində qan dövranı, güclü travma və ya yıxılma nəticəsində, hətta uşaqlıqdan pozula bilər.

Əgər daim büdrəyirsinizsə, çox güman ki, beyin qan dövranı ilə bağlı problemləri göstərən digər əlamətlər ola bilər.

Əlamətlərdən biri başgicəllənmə, başını çevirdikdən və ya geri atdıqdan sonra gözlərdə qaralma, qəfil yataqdan qalxanda gözlərin qaralmasıdır.

Qocaldıqda beynin yaradıcılıq, cinsi davranış və kortəbii hərəkətlərlə əlaqəli limbik hissəsinin zəifləməsi səbəbindən insan büdrəyib yıxıla bilər”.

Aynurə Məmmədova