Həkimlər sağlam olmaq üçün hər gün 100 pilləkən metodundan istifadə etməyi bildirir.
Amma hər adamın da ürəyi buna dözmür.
"Medicina" xəbər verir ki, əslində pilləkənlə çıxmaqla düşməyin orqanizmə təsiri arasında fərq car.
Alimlər bildirir ki, pilləkənlə düşmək sağlamlıq üçün daha faydalıdır.
Avstraliya alimləri yaşı 60-dan yuxarı olan 30 qadını eksperimentə cəlb edib.
Onlar 12 həftə ərzində pilləkəndən istifadə etmək tapşırılır.
Bir qrup qadın liftlə çıxıb, lakin pilləkənlə düşüblər.
Digər qrup isə həm qalxmalı, həm də enməli idilər.
Həftədə 3 dəfə bu məşqləri etdikdən sonra nəticələr təəccübləndirib.
Belə ki, liftlə qalxıb, amma pilləkənlə düşən qadınlarda sağlamlıq göstəriciləri daha yaxşı olub.
Onlarda həm təqyiq, həm şəkər, həm də yağ piy göstəriciləri düzəlib. Eləcə də bel çevrələri incəlib, bədəndə oksigen səviyyəsi artıb.
Ona görə alimlər liftlə çıxsanız da, düşəndə pilləkəndən istifadə etməyi məsləhət görür.
Aygün Musayeva