“Pfizer Inc.” əczaçılıq şirkətinin xalis mənfəəti 2021-ci ilin yekununa görə 2,4 dəfə artaraq 21,979 milyard ABŞ dollarına çatıb.
Medicina.az -ın məlumatına görə, bu barədə korporasiyasının maliyyə hesabatında deyilir.
Eyni zamanda, hesabat ilində “Pfizer”in gəliri iki dəfə artaraq 81,288 milyard ABŞ dolları təşkil edib.
Sırf peyvənd satışından əldə edilən gəlir isə 2021-ci ildə 13,914 milyard ABŞ dolları təşkil edib. 2020-ci ildə bu rəqəm cəmi 2 milyard dollara bərabər idi.
Ötən ilin dördüncü rübünün nəticələrinə görə, şirkət 3,393 milyard ABŞ dolları xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Səhm üzrə qazanc 0,59 ABŞ dollarına bərabər olub.
“Pfizer”in rüblük gəliri isə iki dəfə artaraq 23,838 milyard ABŞ dollarına çatıb.