Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pfizer yeni koronavirus dərmanını hazırladı

  • 2022.01.28 16:44
  • 1839 Baxış
Pfizer yeni koronavirus dərmanını hazırladı

Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Pfizer” şirkəti tərəfindən hazırlanmış “Paxlovid” adlı həbin koronavirusa qarşı ağır xəstələrdə Avropa İttifaqı (Aİ) sərhədləri daxilində yayılmasına şərti icazə verib.

Medicina.az xəbər verir ki, dərmanın ciddi risk altında olan koronavirus xəstələri arasında ölüm nisbətlərini və xəstəxanaya yerləşdirmələri azaltdığı deyilir.

Dekabr ayından etibarən EMA ABŞ Qida və Dərman İdarəsi (FDA) və Böyük Britaniya Dərman və Sağlamlıq Məhsulları Agentliyi (MHRA) tərəfindən təsdiqlənmiş bu həbin təcili istifadəsinə icazəsi verib.

Hər hansı bir dərman üçün şərti təsdiq o deməkdir ki, dərman xəstələrin normal tələb olunandan daha az qarşılanmamış tibbi ehtiyacları üçün təsdiqlənir.

Qərargahı Amsterdamda yerləşən Avropa Dərman Agentliyi cümə axşamı Avropada ağır koronavirus xəstələrində istifadə üçün “Paxlovid” dərmanını təsdiqləyib.

Pfizer tərəfindən hazırlanmış dərman koronavirus testi pozitiv çıxan xərçəng, diabet, piylənmə kimi müəyyən risk qrupunda olanlar üçüm istifadə edilir.