“BioNTech/Pfizer” peyvəndi vurulan şəxslərdə “Sinovac” peyvəndi vurduranlara nisbətən antitellərin sayı 10 dəfə çox olur.
Medicina.az -ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Honkonq Universitetinin araşdırmasında əks olunub.
1442 səhiyyə işçisi üzərində aparılan araşdırmaya əsaslanan tədqiqat “Lancet Microbe” jurnalında dərc olunub.
“Antitellərin sayının peyvəndin müəyyən xəstəliklə mübarizədə uğurlu olması yeganə meyar olmasa da, araşdırmamızda təsbit edilən neytrallaşdırıcı antitellərin konsentrasiyasındakı fərq, peyvəndin effektivliyində əhəmiyyətli fərq yarada bilər”, - deyə qeyd edilib.
Xəstəliyə yoluxan və sağalıb “Sinovac” peyvəndi vurulan şəxslərdə qeydə alınan antitellərin sayı 10-a yaxındır.