“AstraZeneca” tərəfindən yaradılan hesabatda “Pfizer” vaksinindən sonra ölüm faizinin daha yüksək olduğu qeyd edilib.
Medicina.az xəbər verir ki, “Washington Post” qəzetində yayımlanan yazıya görə, bir qurum avropalı sosial media fenomenlərinə hesablarından istifadə edərək “Pfizer” tərəfindən yaradılan vaksininin istifadəsini əngəlləmək adına pul təklif edib. Fransız səlahiyyətlilər isə bu qurumun Rusiya ilə əlaqəli olduğu bildirilib.
FENOMENLƏRƏ VAKSİNİ PİSLƏMƏK ÜÇÜN PUL TƏKLİFİ
“AstraZeneca”nın Moskvadakı ofisindən verilən açıqlamaya görə, bu hesabat “AstraZeneca” tərəfindən təsdiqlənib. Həmçinin qeyd edilri ki, bu məlumatlar ictimaiyyətə açıqlanmaq üçün nəzərdə tutulmayıb.
ÖLÜM HALLARININ 3 QAT DAHA YÜKSƏK OLDUĞUNA DAİR MƏLUMATLAR
12 səhifəlik hesabatda bildirilir ki, Fransa, Almaniya, İngiltərə, Norveç, Avstriya və İtalyada vurulan 1 milyon dozadan sonra ölüm sayı “AstraZeneca”dan təxminən 3 dəfə daha yüksəkdir.
İDDİALAR DİGƏR FİRMALARIN VAKSİNİNƏ OLAN İNAMI DA AZALDIR
Eyni zamanda, bu cür tanıtmanvaksinin bu cür PR-nın aparılması digər vaksin firmalarına qarşı inamı itirdiyini və insanlar arasında vaksinasiya olunmaq istəyini azaltdığı da vurğulandı.