"Pfizer" peyvəndi bazara çıxarmazdan əvvəl sınaqdan keçirilməyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Pfizer” peyvəndi satışa çıxarmazdan əvvəl sınaqdan keçirmədiyini etiraf edib.
“Pfizer”in qlobal inkişaf etmiş bazarlarının rəhbəri Janine Small peyvəndi bütün dünyaya yaymağa başlayanda onun koronavirusun qarşısını alıb-almadığını bilmədiyini söyləyib. O, Avropa İttifaqı Parlamentində verdiyi ifadə zamanı peyvəndin müvafiq sınaqlardan keçmədiyini bildirib. Bundan əlavə Pfizer şirkətinin baş direktoru Dr. Albert Burle də peyvəndin sınaqdan keçirilmədiyini təsdiqləyib.