Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvəndlər işə yaramır, mutasiyalara təsir etmir – Çinli alimlər

  • 2021.06.28 19:13
  • 2329 Baxış
Peyvəndlər işə yaramır, mutasiyalara təsir etmir  – Çinli alimlər


Vaksindən sonra yaranan istər az, istər çox miqdar anticisim yeni mutasiyalarla mübarizədə rol oynamır və demək olar, işə yaramır.

Medicina.az xəbər verir ki, çinli mütəxəssislər vaksinlərin koronavirus ştamlarına qarşı təsirini şübhə altına aldılar.
Hazırda Hindistan ştammı və Delta dünyanın 92 ölkəsi, o cümlədən Çində yayılır.

Uşaq həkimi dr. Çen İnn bildirib ki, əsas problem Deltada yox, vaksinlərin ona qarşı təsirsizliyindədir.

"DNK viruslar çox çətinliklə mutasiya olur və insan immuniteti tərəfindən asanlıqla yadda saxlanılır.

Təkrar yoluxmada immunitet dərhal işə düşür. Amma korona RNK virusudur, o asanlıqla mutasiya olur, mutant virus isə insan immunitetindən asanlıqla yayınır, sürüşkəndir. Bu zaman öncəki mutasiya zamanı yaranan vaksin antitelləri sadəcə işə düşmür, insan asanlıqla yoluxur və xəstələnir.

Yaxın 5 ildə insanlar qrip kimi hər il korona peyvəndi olunmalıdırlar. Yeni mutasiyalara qarşı yeni vaksinlər olmalıdır. Epidemiya davam edəcək, çünki mutasiya istehsalı dayanmır".

Çinlilər indiki mutant pandemiyasında səbəbkarın Hindistan olduğunu bildirərək, artıq Çini günahlandırmamağa çağırıblar.

“İndi müharibənin səbəbkarı Hindistandır. Bu ölkə dünyaya yeni güclü mutant verdi. Hər şey başlı-başına buraxılıb. Hindistan vəziyyəti Çin kimi ələ ala bilmədi.

Çıxış yolu bu ölkəni bir müddət tam qapadıb, dünyada təcrid etməkdir. Yoxsa vaksinləşmənin faydası olmayacaq. Bu şərtlərlə normal yaşamaq və işləmək mümkün olmayacaq”