Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvəndlə bağlı saxta statistika: “COVID-19 2022-ci ildə də davam edəcək” - Professor

  • 2021.11.15 13:00
  • 1589 Baxış
Peyvəndlə bağlı saxta statistika:  “COVID-19 2022-ci ildə də davam edəcək” - Professor
Rəsmi statistikaya görə, Azərbaycanda vaksinləşmə demək olar ki, 50%-dən çoxdur.

Amma yoluxma sayı yenə də azalmır.

Bu isə insanlarda bir sıra suallar doğurur: ya vaksinasiya ilə bağlı rəqəmlər həqiqəti əks etdirmir, ya da peyvəndin keyfiyyəti aşağıdır...

Məsələ ilə bağlı Bakupost.az -a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, virus davam etdikcə mutatsiyaya uğrayır, mutatsiyaya uğradıqca yeni növ ştamlar əmələ gəlir. Həmin ştamlar da ola bilər ki, bir müddətdən sonra vaksinasiyaya tabe olmasın:



“Dərslər başlayandan sonra şagirdlər, tələbələr arasında təmaslar həddindən artıq çoxalmağa başladı. Təmaslar artdıqca təbii ki, yoluxma potensialı da artır. Auditoriyalarda ümumiyyətlə, karantin qaydaları gözlənilmir. Gənclər arasında yoluxma artımına səbəb, onların vaksinasiyadan qaçması və əksəriyyətinin vaksin olmamasıdır.

Təcrübə göstərir ki, vaksin olunanlar arasında da xeyli yoluxanlar var. Düzdür, bu insanlar xəstəliyi daha yüngül keçirir. Amma virus sürətlə mutasiyaya uğrayır. İndi Fransada “Delta” ştamından sonra bir mutatsiya forması peyda olub. Bütün bu mutasiya formaları artıq virusun yeni-yeni kliniki xasiyyət göstərməsinə səbəb olur. Yoluxma təkcə Azərbaycanda artmır, Avropada, Türkiyədə, İranda, Gürcüstanda da geniş yayılır. Bu baxımdan virusda mutasiyanın getməsi yoluxmanı artırır”.

Adil Qeybullar qeyd edib ki, Azərbaycanda saxta vaksin kağızlarına da meyillilik var:

“Xeyli adam yalandan kağız alıb ki, guya, vaksinasiya olunub. Real vəziyyətlə, elan olunan rəqəmlər arasında fərqlər var. Mətbuatda saxta vaksin kağızı verənlərin həbs olunması ilə bağlı məlumatları görürük. Bu cür hallar sanki bir şəbəkə halını alıb. Hardakı vaksinasiya aparılır, orada belə saxta vaksin kağızları verən şəbəkələr qurulub. Onlar nə cür bunları portala yerləşdirir o da məsələnin bir problemli tərəfidir.

Həmçinin, yoluxma aşkarlanan məktəblər, qruplar onlayn qaydalara keçib. Amma tədris prosesində hələ də çətinliklər qalır. Onlayn tədrus təhsilin keyfiyyətinə neqativ təsir edir, digər tərəfdən isə əyani sistem də yoluxmanı artırır.

Bütün dünya belə bir vəziyyətin içərisindədir. Bundan çıxış yolu axtarılır. Vaksinasiya ən optimal yol olaraq qalır. Yaxşı olar ki, vaksinasiya gənclər arasında intensivləşsin. Çünki vaksinasiya olunan şəxslərdə infeksiya zənciri bir növ qırılır. Bu şəxslər az yoluxur, yoluxanda da xəstəliyi yüngül keçirirlər. Dünya çıxış yolunu vaksinasiyada görür.

Məsələn, Afrikada, Asiyanın bəzi ölkələrində demək olar ki, vaksinasiya intensivliyi çox aşağıdır. O da yoluxma artımını qüvvədə saxlayır. Proseslərin gedişi göstərir ki, pandemiya 2022-ci ildə də davam edəcək. Bütün proses kollektiv immunitetdən, yəni vaksinasiyadan asılıdır”.