ABŞ-da aparılan bir araşdırmaya görə, koronavirus peyvəndinin yan təsirlərinə daha çox qadınlarda rast gəlinir.
Medicina.az xəbər verir ki, araşdırma 13 yanvardan vaksin olunan 13 milyondan çox insan üzərində aparılıb. Nəticələrə görə, vaksin olunan 13 milyon 794 min 904 nəfərdən 8 milyon 436 min 863-nün qadın olduğu bildirilib. Bu rəqəm peyvənd olunanların 61.2 faizinin qadın xəstə olduğunu göstərdi.
Qeyd edək ki, 2013-cü ildə mütəxəssislər tərəfindən aparılan başqa bir araşdırmada yetişkin qadınların 2009-da yaşanan qripdən sonra kişilərlə müqayisədə daha çox yan təsiri olduğu qeyd edilib.