Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvəndin iki dozasını vurduranlara COVID pasportu veriləcək

  • 2021.05.25 12:57
  • 1692 Baxış
Peyvəndin iki dozasını vurduranlara  COVID pasportu veriləcək
“Azərbaycanda növbəti mərhələdə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib. Ölkədə 18 yaşdan yuxarı hamı vaksin oluna bilər. Bunu nəzərə alaraq yeni bir sənəd tətbiq olunur”.

Meidicina.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

“Bu sənəd COVID pasport adlanır. O iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsi ilə çıxışı var. Eyni zamanda icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet serifikatı COVID-19 pasportu kimi hesab olunur”-, o bilirib .