Vaksinlərə dair bəzi tövsiyələr tamamilə qeyri-peşəkardır.
Medicina.az xəbər verir ki, bunu rusiyalı həkim Aleksandr Myasnikov söyləyib.
“Kütləvi vaksinasiya haqqında axmaqlar “parad” təşkil edir, daha dəqiq desək, qeyri-peşəkarların tövsiyələri müşayiət olunur. Üstəlik, bunlar həkimlər, hətta vəzifəlilər tərəfindən verilir”, - tanınmış həkim Teleqram kanalında yazıb.
Buna misal olaraq Myasnikov vaksindən sonra cinsi əlaqəyə girməmək, 3 gün ərzində inyeksiya yerini islatmamaq, həmçinin qandurulaşdırıcı dərman qəbul etmək, siqaret çəkməmək və idman etməmək barədə verilən tövsiyələri göstərib. Onun sözlərinə görə, yalnız alkoqol qəbul etməmək tövsiyəsi reallıqla əlaqəlidir:
“Həqiqətən alkoqoldan sui-istifadə etməməlisiniz (bir badə şərab sayılmır), amma qalanı?! Siqaret peyvəndə dərhal təsir etmir, amma imtina çağırışı ən azından simpatiya doğurur. Bəs seks qadağasının nə əlaqəsi var?! Niyə vaksindən sonra çimmək olmaz? 3 gün yuyunmasan, əlbəttə ki, heç kim səninlə cinsi əlaqədə olmaq istəməz”.
Həkim bildirib ki, insanlar onsuz da tərəddüd içindədir, qərar verə bilmirlər və bu cür qadağalar onları daha çox qorxudur.