Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Peyvənddən sonra koronavirusa yoluxmaq olar” - Baş infeksionist

  • 2021.04.12 13:39
  • 1606 Baxış
“Peyvənddən sonra koronavirusa yoluxmaq olar” -  Baş infeksionist
Son aylar Azərbaycanda koronavirusa yoluxmada artım davam edir. Üstəlik, virusa yoluxanlar arasında gündəlik ölüm 30-dan aşağı düşmür.

Peyvənd proseduruna baxmayaraq, koronavirus xəstəliyinə tutulmuş vətəndaşlar haqqında getdikcə daha çox məlumatlar əldə edilir.

Medicina.az xəbər verir ki, bununla bağlı "Turan" agentliyinin suallarına Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavab verib.




Onun sözlərinə görə, peyvəndin qəbulu koronavirus infeksiyası xəstəliyindən tam qorunmağa zəmanət vermir.

"Birinci dozadan təqribən bir ay sonra ikincisi vurulmalıdır. Bədənin qorunması, yəni, kifayət qədər antivirus mexanizminin olması təkrarlanan peyvənddən bir müddət sonra ortaya çıxır. Yalnız bundan sonra vaksinin xeyri barədə danışa bilərsiniz. Tam vaksinasiya proseduru bitmədən vətəndaşlar koronavirus xəstəliyinə tutula bilərlər", - T.Eyvazov bildirib.

Onun qeyd etməsinə görə, insan bədəninin təbii xüsusiyyətləri səbəbindən infeksiyaya zəif müqavimət göstərirsə, tam peyvənd proseduru (iki inyeksiya) başa çatdıqdan sonra koronavirus ilə xəstələnə bilərsiniz: "Bu cür insanlarda müqavimət zəifdir, vaksin yüz faiz təsir göstərmir. Analiz edəndə müdafiəedici cisimlərin aşağı sayda miqdarını göstərirsə, yenidən peyvənd edilməlidirlər. Vaksinləşdirilmiş insanlar əgər koronavirusla xəstələnsələr, xəstəliyə vaksin almayanlardan daha yaxşı dözürlər".