Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənddən sonra koronavirus bitəcəkmi? - ÜST

  • 2020.12.09 15:41
  • 2156 Baxış
Peyvənddən sonra koronavirus bitəcəkmi? -  ÜST


Koronavirusa qarşı immunitetin güclü sipəri, divarı nə zaman yaranır? Peyvənddən sonra möhkəm divar formalaşırmı?


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında peyvəndlərin üçüncü dalğanın qarşısını alıb-almayacağına dair sualı cavablandırıb.

“Peyvəndlər əla vasitədir və bunlar çox köməkçi olacaq. Ancaq riskin artması və bir növ immunitet divarının təsiri hələ bizdən hələ çox uzaqdadır. Yoluxmanın artmaması və dalğalanmaların qarşısını almaq üçün hər kəsin sağlamlıq tədbirlərinə riayət etməsi lazımdır.

Maska, sosial məsafənin gözlənilməsi və əllərin tez-tez yuyulmasına kəskin yoluxmanı dayandırmaq üçün hər zamankından daha çox diqqət edilməlidir”.