Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənddən sonra hansı miqdar antitel koronavirusdan qoruyur? – AÇIQLANDI

  • 2021.07.13 17:54
  • 1597 Baxış
Peyvənddən sonra hansı miqdar antitel koronavirusdan qoruyur?  – AÇIQLANDI

Coviddən qorunmaq üçün qanda nə qədər antitel olmalıdır?

Medicina.az xəbər verir ki, rusiyalı həkim Maksim Terskiy hər şeyin testdən asılı olduğunu bildirib.

Antiteli təyin etmək üçün say və yarım say testləri var.

“Əgər xəstələnib sağalmış və ya vaksin vurdurmuş şəxs yarısay testi versə,nəticədə rəqəm 5-15 vahid olmalıdır. Tam say testindən keçsə, antitel minimal 1300 vahid çıxarsa, deməli. virusdan qorunmağa yetəcək qədər antitel var.

Peyvənddən ən tezi 1` ay sonra antitel analizi vermək olar.

Qanda antitel çıxmasa, təşvişə düşməyin. Koronavirusa qarşı orqanizmdə hüceyrə və limfasit yaddaşı və mqdafiəsi də olur.