Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənddən sonra hansı fəsad və problemlər ola bilər?– Alimdən CAVAB

  • 2021.01.18 18:16
  • 3437 Baxış
Peyvənddən sonra hansı fəsad və problemlər ola bilər? – Alimdən CAVAB



Dünyada başlayan kütləvi koronavirus vaksinasiyasına Azərbaycan da qoşuldu.
Bu günə kimi artıq 22 milyon insan 45 ölkədə peyvənd edilib.
Lakin hələ də insanlar tam olaraq buna hazır deyil.

Vaxta az qalıb, pandemiya bitmək bilmir, vaksindən qorxu da bu siyahıya əlavə olundu.


Medicina.az dünyanın qabaqcıl elmi, tibbi mərkəzlərinin alimlərinin vaksinin təhlükələri və orqanizmdə fəsadları barədə fikirlərini bir araya toplayıb.


- Moskva Dövlət Universitetinin molekulyar bioloqu Aleksey Volfson


Pfizer vaksinindən ölənlər çoxdur. Bu, davam edəcəkmi?


“ Pfizer vaksini ən azı 8 milyon insana vurulub. Bunlardan cəmi 6-8 nəfərin peyvənddən sonra ölümü barədə məlumatlar var. Ölümün məhz vaksindən olmasını söyləmək üçün tibbi, laborator tədiqiqat aparılmalıdır.

Vaksinlər 1 ildir ki, sınaq mərhələsindədir.

3 fazanı uğurla keçən vaksin insanlara tətbiq edilir.

3-cü mərhələdə bu vaksin 10 minlərlə insanda sınanıb.

Ola bilər ki, könüllülərdən 1-2 nəfəri peyvənddən sonra ölüb, amma vaksinlə ölüm arasında səbəb-nəticə əlaqəsi sübut olunmalıdır.
Pfizerin sınağında cəmi 4 ölüm faktı qeydə alınıb. Amma dünya mətbuatında sensasiyalı başlıqlı – Qoca insan vaksindən sonra öldü kimi yazılar yüz minlərlə insanda peyvəndə qarşı inamsızlıq yaradır.

Norveçdə bu peyvənddən sonraqocalar evindəki 2 yaşlı vəfat edib.
Qocalar evində çox yaşlı, zəif, yanaşı xəstəliyi olan şəxslər yerləşir. Ölümün dəqiq səbəbinin peyvənddən olduğu rəsmiləşməyib.
Amma tutaq ki, vaksinin tərkibindəki maddəyə hansısa allergiya oldu. 80 yaşlı pasiyentdə bu reaksiya anaflaktik şoka kimi səbəb ola bilər.

Belə reaksiya ani, qəfil baş verir və bir anın içində xəstə ölür. Görünür, qocalar evinin sakinləri ilə də belə olub. Təəssüf ki, anaflaktik şok istənilən dərmandan, iynədən ola bilər. Adekvat ilk yardım olmadıqda belə halda xəstə ölür.

Amerikada bir həkim vaksindən 2 həftə sonra insultdan ölüb. Rəsmi açıqlamaya görə, Pfizerdən sonra onda autoimmun xəstəlik inkişaf edib.

Lakin vaksinlə ölüm arasında əlaqə hələ ki, tapılmayıb.


- Peyvənddən sonra daha çox hansı əks təsirlər, reaksiyalar olur? Əgər olarsa, nə etməli?

- Əks təsirsiz heç bir inyeksiya, dərman, vaksin yoxdur. Bu vaxta kimi dünyada tarixən icad olunan bütün peyvəndlərin və antibiotiklərin əks təsiri var. Bədənə yeridilən yeni bir maddəyə əks reaksiya orqanizmin normal halıdır.

Covid 19-a qarşı tətbiqinə icazə verilən 3 adda vaksinlərin hamısında spesifik reaksiyalar olur. Məsələn, 30% halda iynə yerində qızartı, şişkinlik, ağrı, qaşınma, 1 gün sonra bədən hərarətinin 37,5- ə çatması, qripdəki kimi əzələ ağrısı, zəiflik, baş ağrısı, sanki xəstələnirsən kimi hiss.

Az hallarda kəskin allergik reaksiya ola bilər. Ona görə peyvənd ciddi şəkildə tibbi mərkəzdə, həkim və tibb bacısı yanında olunur ki,reaksiya olduqda müdaxilə edilsin. Peyvənd olunan şəxs ən azı 40-45 dəqiqəı həmin kabinetdə olmalıdır, tez ordan çıxmaq olmaz.
Köhnə, məşhur pnevmokokk və polimielit vaksinində nadir halda neyropatiyalar, aşağı ətrafların hərəki pozğunluğu rast gəlinirdi. Ola bilər, koronavirus peyvəndində çox nadir halda bu reaksiya olsun.


- Nəyə görə peyvənddən sonra da insanlar koronavirusa yoluxa bilər?

“Tibb işçilərinin bir çoxu birinci doza ilə ikinci arasında yoluxur. Çünki onların işi rikslidir. İmmunitet isə 21 gündən sonra yaranır.
Amma heç bir vaksin xəstəliyə yoluxmamağa tam zəmanət vermir.

Pfizer və bir neçə vaksinin effektivliyi 80-90%- ə çatsa da, o, 100 faizlik deyil.

Bu o deməkdir ki, peyvənd olunanların içərisindən elələri olacaq ki, vaksin onlara heç təsir etməyəcək. Elələri də olacaq, çox minimum dərəcədə aktitel yaranacaq. Məhz bu insanlar peyvənddən sonra yoluxacaq.

Lakin Pfizer və Moderna vaksinindən sonra xəstələnən insanlar içərisində bircə dənə də ağırlaşmış hal yoxdur. Deməli, vaksindən sonra yoluxanlar, xəstəliyi ən azı yüngül keçirəcək.


Medicina.az