Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənd və testlərdən imtina edən kişi: "Vaksin "şeytan məhlulu"dur, əsla vurdurmaram’" - FOTO

  • 2021.09.17 14:54
  • 1594 Baxış
Peyvənd və testlərdən imtina edən kişi:  "Vaksin "şeytan məhlulu"dur, əsla vurdurmaram’" - FOTO
Türkiyədə vətəndaş vaksinasiyaya və PCR testinə etiraz olaraq Ankaradan İstanbula gəzərək gedir.

Medicina.az xəbər verir ki, Ankaradan İstanbula getmək istəyən amma şəhərlərarası səyahətlərdə vaksin və PCR test tələbi olduğu üçün nəqliyyata minə bilməyən 52 yaşlı Ahmet Tanman qaydalara etiraz edib.

Artıq 7 gündür yolda olan Tanman maska taxmağı da rədd edib:

“Lazım olarsa uşaqları da məktəbə göndərməyəcəyəm. Gedib, kənddə, dağda-daşda yaşayaram, amma onu vurdurmaram. Mən vaksinə dərman demirəm. Tərkibi nə olduğu bilinməyən “şeytan məhlulu”dur. Xəstəliyi yayanlar onlardır. Bu xəstəlik laboratoriyada yayıldı. Dərmanı da verən onlardır, təlimatları verən də. Mən sizin təlimatlarınıza uymuram. Bu xəstəliyi keçirdim. Kəklikotu, limon, zəncəfil içdim. Dərmanların hamısını zibilliyə atdım. 3 gün ərzində sağaldım. Ailəmdən 13 nəfər korona oldu, qardaşımı, bibimi və onun yoldaşını itirdik. Maska taxmağı da rədd edirəm. Maska təmiz havanın qarşısını alır. Niyə maska taxım ki...?”.