2022-ci ilin aprel ayı üzrə COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı 17038 nəfər olub.
Medicina.az xəbər verir ki, bununla bağlı məlumat İcbari Tibbi Sığortta üzrə Dövlət Agentliyinin 2022-ci ilin aprel ayı üzrə "Elektron xidmətlərdən istifadəyə dair statistika"sında əksini tapıb.
Həmin şəxslərdən15670 nəfəri Coronavac, 1366 nəfəri BİONTECH Pffizer, 2 nəfəri isə Rusiya istehsalı olan- SPUTNİK V üçün onlayn növbə götürüb.
COVID-19 PZR analizinin nəticəsini onlayn qaydada əldə edənlərin sayı 14871 nəfər olub.