Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər.
Medicina.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur:
“Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil”.