Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peyvənd olunsalar da, yaşlı insanları koronavirusdan qorumalısız– Nə etməli?

  • 2021.04.05 19:42
  • 2867 Baxış
Peyvənd olunsalar da, yaşlı insanları koronavirusdan qorumalısız – Nə etməli?


Yaşlı valideyn, nənə-babaları üçüncü dalğadan qorumaq hər kəs üçün birinci vəzifə olmalıdır. Çünki bu dəfəki mutasiya daha güclüdür, gedişatı ağırdır.

Medicina.az xəbər verir ki, rusiyalı həkim Mixayil Kaqan 60 yaşdan yuxarı insanları yüksək risk qrupunda necə qorumaq barədə yollar təklif edib.

“Son məlumatlara görə, Robert Kox adına elmi institut kovid üzrə ağır xəstə yaş qrupunun 50-65 yaş və yuxarı olduğunu bildirib.

Ona görə də yaşlı insanların peyvəndlənməsi prosesi sürətlənməli, daha çox insanı əhatə etməlidir, peyvənd zamanı və sonra onlar ciddi təcriddə olmalı, özünü təcrid edib, maksimum yaşayış yerini az tərk etməlidir.

O ki qaldı, xroniki xəstəliklərinə görə peyvənd oluna bilməyən və ya vaksin olunsa da kifayət qədər immune cavabı əmələ gəlməyən yaşlıları isə o halda qorumaq mümkün olacaq ki, digər yaş qrupu, gənclər belə peyvənd olunacaq. Belə deyək, yaşlı xəstə insan milyonlarla çətiri olan insan arasında qalsa o yağışdan islanmayacaq. Nə vaxt ki, dünya əhalisinin ən azı 70%-də virusa qarşı immunitet olacaq, o zaman yaşlılara görə bir qədər rahat nəfəs almaq olar.

- İstənilən yaşlı insanla ünsiyyət hələ bundan sonra da 1 metr aralı və maskalı olmalıdır. Yəni siz yaşlı, xəstə insanla ünsiyyətdəsizsə, mütləq maskada olmalısız.

- Amerikanın xəstəliklərə nəzarət mərkəzindən verilən yeni tövsilərdə deyilir ki, qapalı məkanda yalnız 2-3 vaksin olunmuş şəxslər maskasız otura, danışa bilər. Əgər orda heç olmasa bir nəfər peyvənd olunmayıbsa, maskanı hamı taxmalıdır

- Peyvənd olunmuş yaşlı insanlar, nənə -baba vaksin olunmamış nəvə-nəticəsini arxayın qucaqlaya bilməz. Hələ ki, qorunmalıdırlar.

- Eləcə də peyvənd olunmuş gənclər, uşaqlar öz yaşlı nənə-babasını, ata-anasını qucaqlayıb öpə və arxayınlıqla ünsiyyətdə ola bilməz.

- Yaşlı insanların nəzarətsiz halda sızlıq olan yerlərə getməsi, növbələrdə dayanması, ad günü, yığıncaqlarda olması yolverilməzdir.