“Koronavirus əleyhinə peyvənd olunmayanların öz hesabına müalicə alması ilə bağlı Azərbaycanda müzakirələr aparılmayıb”.
Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.
O bildirib ki, bununla bağlı təklif ola bilər: “Amma hazırda Operativ Qərargah, həmçinin Səhiyyə Nazirliyində belə müzakirələr getmir”.