Dünya üzrə COVID-19-a qarşı vaksinasiyadan keçənlərin sayı pandemiyanın başlanmasından bugünədək yoluxanların sayını artıq iki dəfə üstələyir.
Medicina.az TASS-a istinadən xəbər verir ki, indiyədək 227 milyon nəfər koronavirusa qarşı peyvənd olunub ki, bu da dünya əhalisinin 3%-ni təşkil edir. Qlobal miqyasda yoluxma sayı isə 113.5 milyon nəfərdir.
Peyvənd olunanların 75%-i səkkiz ölkənin – ABŞ, Çin, Böyük Britaniya, Hindistan, Türkiyə, İsrail, Braziliya və BƏƏ-nin sakinləridir.