Martın 15-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 10,518 nəfər vaksinasiya olunub.
Bu barədə
Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 458,958 nəfər peyvəndlənmə prosesində iştirak edib. Qeyd olunub ki, vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.