Martın 19-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 23 923 nəfər vaksinasiya olunub.
Bu barədə
Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 481 022 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarında uğurla davam etdirilir.