Martın 10-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 11 447 nəfər vaksinasiya olunub.
Bu barədə Medicina.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".