Vaksinasiya olunmağınıza baxmayaraq rahat olmaq olmaz. Çünki sizin yenə də yoluxma ehtimalınız var.
Medicina.az xəbər verir ki, türkiyəli professor Faruk Aydın vaksin vurduran insanların “super yoluxdurucu” olaraq virusu yayma risklərinin olduğunu deyib:
"Koronavirusa yoluxan insanların hamısı xəstə olmur. Bəziləri daşıyıcı qalır və “super yoluxucu” olur. Ona görə də test sayını artırmaq lazımdır. İndiki zamanda vaksinasiya olunan insanlar da başqalarını yoluxdura bilər. Peyvənd olunmağımıza baxmayaraq rahat olmaq olmaz. Virusu alıb başqalarına daşıya bilərsiniz. Hazırda virusun mutant variantları artıb. Vaksin olunmaq o demək deyil ki, virus boğazınızdan keçə bilməz. Bu risk yüksəkdir. Vaksin olunmuş-olunmamış fərq etmədən virusa yenidən yoluxa biləcəyinizi unutmayın”.
Vallah bu həkimlərin başı gedib yarsı rüşvət alır koronaya görə yarısı deyir peyvənd olunun yarısı deyir maska taxun yarısı deyir peyvend olmayın yoluxucu olasuz Bir kişi yoxdu çıxıb deye ki bu xəstəlik barədə biz heçnə bilmirik?