Tək dozalıq “Johnson&Johnson” peyvəndi olunan şəxsdə əks göstərişlər olub.
Medicina.az xəbər verir ki, ABŞ-ın Virgina əyalətində yaşayan 74 yaşlı Riçard Terrellin vaksinasiya olunduqdan sonra orqanizminin bir hissəsində qızartılar və ağrılı səpkilər yaranıb. Onun sözlərinə görə, hadisə peyvənd olunduqdan 4 gün sonra baş verib: “Vaksin olunduqdan sonra bir neçə gün içərisində qoltuq altında rahatsızlıqlar yarandı. Şiddətli qaşıntılar başladı. Daha sonra bütün bədənimə yayıldı. Ciddi bir dəri xəstəliyi yaşadım”.
Qeyd edək ki, yaxşılaşaraq xəstəxanadan ayrılan Riçard buna baxmayaraq hərkəsi vaksin olunmağa dəvət edib.