Vaksin olunanlara həkimdən TÖVSİYƏ: Bol su için, ağır iş görməyin
Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O bildirib ki, vaksin olunan nahiyəyə su dəyməyin fəsadlara yol açması ilə bağlı deyilənlər yanlışdır: "Bunlar elmi sübutu olmayan mülahizələr, tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. Vaksin olunmuş şəxs ilk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilər. Bu da təbiidir”.