Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlərin əlavə dozalarının məqsədəuyğunluğunu hələ təsdiqləməyib.
Medicina.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-nin immunizasiya üzrə mütəxəssisi Anna Lindstrand söyləyib.
Ekspertin sözlərinə görə, bu gün mümkün qədər çox insanı peyvəndlə təmin etmək daha vacibdir, nəinki əlavə dozaya maliyyə ayırmaq.
“Əlavə dozaları dəstəkləmək üçün hələ kifayət qədər dəlil yoxdur. Odur ki, əlavə vaksin tələb etmək əvəzinə insanların sayının artırılmasına diqqət yetirilməli olduğuna inanırıq”, - həkim qeyd edib.
Xatırladaq ki, keçən həftə ÜST rəhbəri peyvəndlərin yeni koronavirus ştammları ilə yarışda məğlub olduğunu elan etmişdi. Tedros Adhanom Qebreyesusa görə, dərman və peyvəndlərin ölkələr arasında paylanması qeyri-bərabər olduğu təqdirdə koronavirusla mübarizədə elmi irəliləyiş tamamilə mənasızdır.