Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Peyvənd 2021-ci ildən tez hazır olmayacaq”- ÜST

  • 2020.07.24 21:30
  • 1686 Baxış
 “Peyvənd 2021-ci ildən tez hazır olmayacaq” - ÜST


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.


ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.

“Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib.