Pessimist və ümidsiz insanlarda infarkt riski 45% yüksəkdir.
"Medicina" xəbər verir ki, alimlər 941 insan üzərində araşdırmaları nəticəsində bu qərara gəlib.
Onlar müəyyən edib ki, optimist ruhlu insanlarda ürəkdən ölüm riski 45% azdır, nəinki bədbir, pessmist insanlar.
Pessimist insanların ürəkdən ölüm riski 56,6%-dir.
Onlar ürək xəstələrində optimizmin sağalmağa və bərpaya təsirini də araşdırıb.
Optimist insanlar daha tez sağalıb, eyni zamanda həkimin tövsiyəsi ilə siqareti daha çox tərgidiblər.
Onlar həyat tərzlərini dəyişib, meyvə-tərəvəz çox yeyiblər.
"Burda əsas diqqət yetirilməli məqam odur ki, əgər sizin və ya yaxınınızın əhvalı daim narahat, pisdirsə, o, gülmürsə, by artıq həkimə kömək üçün müraciətə əsasdır.
Depressiya əksər xəstəlik və fiziki problemlərin müasir səbəbidir.
Pessimizm və depressiya simptomları çox olan ərəfədə cidid ürək problemləri, hadisələri, kardio əməliyyatlar çoxalır. Bu da təsadüfi deyil.
Pessimist insanlar hətta təkrari infarkt olurlar.
Aygün Musayeva