Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Peşəkar terapevt xəstədə onkoloji xəstəlikləri də aşkar etməlidir – Heç bir şikayəti olmayan xəstədə leykoz aşkarlayan həkim danışdı

  • 2018.11.06 15:25
  • 18629 Baxış
Peşəkar terapevt xəstədə onkoloji xəstəlikləri də aşkar etməlidir –  Heç bir şikayəti olmayan xəstədə leykoz aşkarlayan həkim danışdı
Hazırda dünyada, eləcə də Azərbaycanda xəstə ölümünə görə ürək-damar xəstəliklərini də geridə qoyan onkoloji xəstəliklərin ildən-ilə daha çox  insanı əhatə etməsi, həkimləri diaqnoz qoyulmasında daha diqqətli olmağa vadar edir. 


Səhhətində problem hiss edən kimi ilk növbədə terapevt qəbuluna gedən xəstələri ilk  növbədə həkim terapevt dəyərləndirir. Bu müayinə-müalicədə əgər həkim az da olsa, qeyri-peşəkarlıq göstərib, xəstədə artıq başlamış olan onkoloji əlamətləri görməsə, xəstə arxayınlaşıb gedir, lazımsız müalicələr edərək, vaxt itirir.


Medicina.az son 3 ildə birbaşa xəstə müayinələrində onkoloji xəstəlikləri demək olar ki, həkimlik intuisiyası və peşəkarlığı ilə aşkara çıxaran Elmed klinikasının tanınmış terapevti Türkanə Rəhimovadan insanlar arasında ən çox yayılmış xəstəliklər barədə açıqlama aldı:


" Əslində, bütün xəstələr kimi, elə onkoloji xəstələr də ilk olaraq terapevtin yanına gəlir. Çox zaman heç bir şikayəti olmayan, ümumi halsızlıq, yorğunluq, iştahsızlıq, temperatur simptomları ilə gələn xəstələrdə hətta gecikmiş formalarda şiş aşkarlayırıq. Təcrübəmdə daha çox mədə-bağırsaq şişlərinə rast gəlmişəm. Qadınlarda süd vəzi şişləri USM-də tez-tez aşkarlanır. Ağciyərlərdə onkologiyaya doğru gedən proseslər də təəssüf ki, çoxdur. 

İlk olaraq USM və qan analizlərində şübhəli məqam, normadan kənara çıxma yaxalayan kimi sona kimi incələyirik,  diaqnozu tapana kimi xəstəni buraxmırıq. 


Çox zaman xəstələr demək olar ki, açıq aşkar simptomları olmadan gəlir. Məsələn, bir gənc qadın xəstəmiz kürəyində ağrılarla gəlmişdi, elə bilirdi  sinir ağrısıdır. Hətta masaja, fizioterapiyaya getmişdi, heç bir effekt almamışdı. Ona MRT təyin etdim, amma artıq anamnez və  müayinədən nəsə hiss etmişdim. Tomoqrafiyada onurğasında ləkələr, qara kölgələr tapdıq. Mən leykozun başlanğıcı diaqnozundan şübhələndim.

 

Maraqlısı budur ki, xəstənin qan analizində göstəricilər  normal idi, heç bir kəskin dəyişiklik yox idi. Onu Hematologiya İnstitutuna  göndərdik, gizli genetik analizlərlə leykoz təsdiqləndi və onkoloq da dedi ki, bəli  onurğada o ləkələr leykozun əlamətidir.  Xəstə də, biz də sevindik ki, nə yaxşı ki erkən diaqnoz qoyduq, vaxtında müalicəyə başladı.

 

Hətta bir xəstəmiz vardı, gənc xanım idi, onda da təsadüfən kəskin leykoz aşkarlamışdıq.  Əslində xəstəyə deməsək də, ona 6 ay vaxt  nəzərdə tutmuşduq. Gözləntimizin əksinə olaraq, qadın 1 ildən artıqdır yaşayır, müalicə alır”.

 


Terapevt xəstələrin ildə bir dəfə klinikada chek-updan keçirilməsini önəmli sayır. Çünki onkologiya gizli gedişatı ilə xəstəni və həkimi aldada bilir. 


" Həkimin əlində nə qədər çox  müayinə imkanları olsa, bir o qədər tez, dəqiq diaqnoz qoymaq olur. Amma xəstələr qan analizi, USM ilə kifayətlənmək istəyir.  Bütün bunlar da  maddiyata bağlıdır. Ona görə tibbi sığortanın vacibliyi bu anlarda özünü göstərir. Sığorta olsa, biz heç xəstədən soruşmadan, onu chek-up edib, lazımi müayinələrə də göndərərik. Təəssüf ki, xəstəni məcbur etmək olmur.

 

Hətta elə xəstə olmuşdu ki, yaşlı idi, MRT istəmirdi, oğlu dedi bəlkə kağız imzalayım, atama iynə vuraq, yatsın, bilməsin.  Həkim bu kimi təklifə də razı ola bilməz. Çünki dünyada belə bir şey yoxdur, xəstənin icazəsi olmadan onu müayinəyə cəlb etmək, hətta bu onun üçün həyati vacib olsa da cinayətdir.

 

Təəssüf ki, bizdə xəstələri razı salmaq çətindir. Ən asan, ucuz, tez başa gələn analiz, müayinə istəyirlər. Ya da hər şeyi taleyə buraxıb, nə olacaqsa olacaq düşünürlər. Xəstə müalicədən imtina da edə bilər, amma həkim vaz keçməməlidir. Yaxınlarının köməyi ilə, psixoloq dəstəyi ilə onu müalicəyə razı salmaq lazımdır. Xüsusən onkoloji xəstələri inandırmaq, ümidləndirmək çox çətindir. Bu gün terapevtlərin ən böyük problemi xəstəni istədiyi kimi dərindən müayinə edə bilməməsidir.Nədəndə şübhələnirik,  amma bir qədər ətraflı müayinələr, analizlər lazımdır, iş bu yerə çatanda əlimiz-qolumuz bağlanır. Amma mən şəxsən xəstədə onkologiyaya şübhəm yaranarsa, dərhal  klinikamızda onkomarker analizinə göndərirəm. Onkomarker qan analizi ilə bir çox onkoloji xəstəliklər ilk başda təyin oluna bilir”

 

Həkimlə əlaqə:

Elmed Klinikası

Binəqədi rayonu, MirCəlal küçəsi 51

tel: 431 13 77

 


Peşəkar terapevt xəstədə onkoloji xəstəlikləri də aşkar etməlidir –  Heç bir şikayəti olmayan xəstədə leykoz aşkarlayan həkim danışdı
Peşəkar terapevt xəstədə onkoloji xəstəlikləri də aşkar etməlidir –  Heç bir şikayəti olmayan xəstədə leykoz aşkarlayan həkim danışdı