Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Perinatal Mərkəzindəki yanğından sonra FHN hərəkətə keçdi - Xəstəxanalarda yoxlamalar başladı

  • 2024.02.01 12:09
  • 1356 Baxış
Perinatal Mərkəzindəki yanğından sonra FHN hərəkətə keçdi -  Xəstəxanalarda yoxlamalar başladı
Respublika Perinatal Mərkəzindəki yanğından sonra Fövqəladə Hallar Nazirliyi paytaxt və bölgələrdəki tibb müəssisələrində yoxlamalara başlayıb.


Medicina.az xəbər verir ki, bu barədə Bakupost.az -a yoxlama aparılan tibb müəssisələrindən birindən bildirilib.

Qeyd olunub ki, eyni zamanda körpələr evi, uşaq evləri, sanatoriyalar və digər müalicə-profilaktika müəssisələrində də yoxlamalar aparılır.

Yoxlamalar zamanı dövlət və özəl tibb müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığı araşdırılır.

Mənbənin bildirdiyinə görə, bir sıra səhiyyə ocaqlarında "Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları"nın pozulması ilə bağlı faktlar aşkarlanıb.