“Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub”.
"Medicina" xəbər verir ki, TƏBİB icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.
“60 uşaq TƏBİB tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə edilib. Onların tüstüdən boğulma və ya yanıq xəsarətinə dair diaqnozları yoxdur. Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir.
Buradakı uşaqlar ya vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir. Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.