Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

PERİKARDİT nədir?– Səbəblər, əlamətlər, müalicə

  • 2019.08.20 18:47
  • 7762 Baxış
PERİKARDİT nədir?–  Səbəblər, əlamətlər, müalicə
Perikardit ürəyin xarici səthinin, qatının iltihabi prosesi olub, çox zaman orqanizmdə yanaşı gedən infeksion və revmatik virusların təsirindən yaranır. 


Bu xəstəlik hazırda geniş yayılıb, çox sayda təsiredici faktorları var. 

Ürəyin iltihabı kəskin və xroniki formada gedir. 

Eləcə də fibrinoz və eksudativ variantı var.


Medicina.az xəbər verir ki, xəstəliyin əsas əlamətləri digər ürək problemlərində olduğu kimdir: ürək nahiyəsində, kürəkdə ağrı, təngnəfəslik, öskürək, halsızlıq, ürəkdöyünmə və s.


Ürəyin xarici qişasına həm də ürəkətrafı kisə, çanta və ya perikard deyilir. Çox maraqlıdır ki, məhz bu kisənin xəstəliyini insan sağ olduğu vaxt təyin etmək olmur. Adətən meyit yarıldıqdan sonra üzə çıxır. 

Xəstəliyin yaşı yoxdur, hətta uşaqlarda da ola bilər.

Daha çox orta yaşlı qadınlarda üstünlük təşkil edir.


Təhlükəsi ondan ibarətdir ki, bəzən iltihabi proses perikarddan kənara çıxaraq, ürəyin daxilinə və əzələlərinə keçir, orqanda degenerativ dəyişikliklər yaradır.

Ürəyin tamponadası olarsa, xəstənin həyatı təhlükə altına düşür.


Əsas səbəbləri:


Xəstənin digər yanaşı iltihabi, bakterioloji infeksiyalardan əziyyət çəkməsidir. Vərəm, ağciyər iltihabı, revmatizma, artrit, sistem autoimmun xəstəliklər – qırmızı qurd eşənəyi və s.


Eləcə də allergik reaksiyalar, infarkt, travmalar, ürəkdə əməliyyarlar, diabet sindromunda da peritonit ola bilər

Xəstəlik başlayandan 6 ay ərzində getdikcə dərinləşir, xəstədə hərarət olur, dərisi ağarır, üzündə şişkinlik olur.


Müalicəsi


Müəyyən analizlər, EKQ, EXQ, rentgen,KT müayinələrindən sonra diaqnoz qoyulur. Lazım gələrsə kisədən punksiya ilə maye alınır.

Müalicə üçün qeyri-steroid dərmanlar, antibiotik və analgetiklər istifadə olunur. Kisəyə  maye, irin yığıldıqda bu su çəkilir.


Məsləhətdir ki, revmatizması, iltihabi xəstəlikləri olan insanlar daim ürəklərini nəzarətdə saxlayıb, ürək üçün iltihab əleyhinə müalicə alsınlar.

 


PERİKARDİT nədir?–  Səbəblər, əlamətlər, müalicə