Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pendirli piroq – Hazırlanma qaydası

  • 2019.05.01 18:28
  • 10163 Baxış
Pendirli piroq –  Hazırlanma qaydası
Görünüşü və dadından məmnun qalacağınız xüsusi piroqu  uşaqlar üçün də məktəbə hazırlaya bilərsiniz

Medicina.az tez başa gələn, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqun hazırlanma qayadsını təqdim edir.


 Ərzaqlar: 


2 stəkan iri-iri ovulmuş duzlu ağ pendir 

2 xörək qaşığı doğranmış cəfəri və şüyüd 


Xəmir: 


• 3 stəkan un 

• 1 çay qaşığı duz 

• 2 çay qaşığı qabartma tozu 

• 2 yumurta (sarılardan birini piroqun üstü üçün saxlayın) 

• 1 stəkan qatıq 

• 3/4 stəkan zeytun yağı Üzəri üçün:

 1 ədəd kənara qoyduğumuz yumurta sarısı, çörəkotu 


Hazırlanma qaydası:


 İçlik: Ayrıca qabda pendir və göyərtiləri qarışdırın. Pendir duzlu olduğuna görə əlavə duz vurmuruq. Xəmiri üçün: İri qabda 2 stəkan un, duz və qabartma tozunu qarışdırın. Bura yumurta, qatıq və zeytun yağını əlavə edin. Qarışdırıb, qalan unu da qatın. Əlinizlə kobud xəmir alınanadək qarışdırın

.Sobanı 180ºC-dək isidin. İri soba listinin üstünə perqament kağızı sərin. 


Masanızı bir az unlayın.  Xəmiri ikiyə bölün.  Oxlovla xəmirin birini 22 sm diametri olmaq şərtilə yayın. 

Dairəni listə yerləşdirin. İçliyi üstünə səpin. İkinci xəmiri də eyni şəkildə yayıb, içliyin üstünə yerləşdirin. Kənarlarını barmağınızla bərkidin.  Piroqun səthinə yumurta sarısı çəkib çörəkotu səpin. Sobanın orta rəfində üstü qızaranadək bişirin. 


Bu piroqu hazırlamaq üçün xəmiri mayalamağa da ehtiyac yoxdur. Qabartma tozu ilə kifayət qədər şişir. Çörəyin səthinə fırça ilə cəkilmiş yumurta sarısı və bunun da üstünə səpilmiş çörəkotu bişmiş çörəyi bir az günəbaxana bənzədir. 


Nuş olsun!